Menu
Geri İrəli

Dəmiryolunda sevişən sevgililəri qatar əzdi – DƏHŞƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

Ukraynanın cənubunda yerləşən Zaporojye şəhərində dəhşətli hadisə baş verib.

 
ANN.Az-ın “Lenta.ru”ya istinadən xəbərinə görə, dəmiryolu relsinin üzərində sekslə məşğul olan cütlüyün üzərindən qatar keçib. İnsident 28 sentyabrda “Zaporojye-1″ stansiyasında baş verib. Hadisə nəticəsində təxminən 30-40 yaşlarındakı qadın yerindəcə həlak olub. Onun dəqiq yaşını müəyyən etmək üçün hazırda araşdırma aparılır. Onun partnyoru isə hadisə nəticəsində ağır yaralanıb. O, şok vəziyyətdə xəstəxanaya çatdırılıb.
Verilən məlumata görə, sevgililər gecəyarısı dostlarından qonaqlıqdan gəlirlərmiş. Dəmiryolunu çatanda adrenalin üçün sekslə məşğul olmaq istəyiblər. Hadisə barəsində cinayət işi başladılıb.
Həkimlər yaralanmış şəxsi şok vəziyyətindən çıxarandan sonra, o, komaya düşüb. Onun sağ qalması üçün hazırda tibb işçiləri bütün qüvvələrini səfərbər ediblər. Dəhşətli hadisənin baş verməsinə səbəb kimi, qəza baş verən zaman sevgililərin sərxoş vəziyyətdə olması göstərilir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın