Menu
Geri İrəli

DİN və Baş Prokurorluq uşaq oğurluğu faktı ilə bağlı məlumat yaydı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2014 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur

din-nazirlikTürkiyə vətəndaşı ilə ailə quran Xırda Babayeva övladı olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb. Orada vətəndaş Aysel Əhmədova ilə tanış olmuş, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə vermiş, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq hadisə yerindən qaçıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın