Menu
Geri İrəli

Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elman Lütvi oğlu Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.

sumqayitxeber.com APA-a istinadən xəbər verir ki, E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan prezidenti cənab İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.

 E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. 5 oktyabr 2007-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Evlidir, 2 övladı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın