Menu
Geri İrəli

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2015 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur

1deb5c71d37e31d0ee0a070579503297
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 19-da, saat 11:00-da qurumun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlırayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Sumqayıt şəhər şöbəsində (01865) 2-15-15

Abşeron rayon şöbəsində (012) 342-89-66

Xızı rayon şöbəsində (02331) 5-01-64

Qubadlı rayon şöbəsində (01865) 5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın