Menu
Geri İrəli

Eldar Əzizov : ” Daş bazarının köçürülməsi Sumqayıtlıların tələbidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 292 dəfə • 1 şərh

 

Bu sözləri Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov bu gün daş bazarında çalışan sahibkarlarla keçirilən görüşdən əvvəl”Xəbərlə” xəbər portalına  açıqlamasında söyləyib. İcra başçısı bildirdi ki , telekanallar , sakinlərin müraciətli şikayətləri onları bu addımı atmağa məcbur edib. Mən sakinlərin şikayətini başa düşürəm. Çünki bu şəhərimizin ikinci girişidi.Gedin baxin görün oralar nə gündədi.Mən iki il bundan qabaq orda olmuşam.Müqayisə olunmayan bir fərq var.Vəziyyət daha da ağırlaşıb.Torpaqdan dağlar yaradılıb.Axırıncı dəfə gəlin maşının ordan keçib kedə bilməməsi dava ilə nəticələnib.O adamlar görünür sərhədləri görmürlər ,bilmirlər.Zibilləri yaşılığın içərisinə tökürlər.Onlar özləri də başa düşməli idilər ki , bu gec – tez olmalıdı. Bu günləri Abşeron rayonuna gedirsən ,elə bil kənddən şəhərə gedirsən.Mən orda çalışan insanları da basa düşürəm .Amma şəhər yeniləşir dəyişir. Onlar yeni əraziyə köçməlidirlər.Başa düşməlidirlər ki, bu dövlət xarakterli bir prosesdi,dövlət əhəmiyyətli bir prosesdi. Onlar üçün orda şərait yaradılır və mən nəzarətə götürmüşəm.Eldar Əzizov xəbərdarlıq etdi ki ,onlar hasısa bir sahibkarın təsiri altına düşməsinlər.O ki qaldı mağazalara .Biz demişik ki ,ola bilər kiminsə sənədləri qaydasında deyil , əziyyətsiz – zadsız rəsimləşdirməyə kömək edəcəyik.Təklif etmişik ki ,orda mağazalar təmir olunsun ,rekonstruksiya olunsun. Bütün strukturlara tapşırılıb ki, onlara köməklik göstərilsin.İcra başcısı onu da bildirdi ki , daş bazarının köçürülməsinin əmək birjasının işinə aidiyyatı yoxdu.Onlar problemlər yaratmırlar.Öz iş imkanlarını təklif edirlər.Həmin ərazidə fəaliyyət göstərən əmək birjası əvvəlki qaydada öz işini davam etdirəcək.

Facebook Şərhləndirmə:

“Eldar Əzizov : ” Daş bazarının köçürülməsi Sumqayıtlıların tələbidir”” yazısına bir cavab

  1. Rafael Cafarov deyir:

    Mən icra hakimin sözləriylə tam razıyam, düz deyir şəhərin hər eni bucağı hər tərəfi gözəı görünməlidir. Sumqayıt şəhərinin üç giriş cıxışı var biridə o araziyə düşür

Şərhinizi yazın