Menu
Geri İrəli

Eldar Əzizov danışdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2015 • Baxış sayı: 1,283 dəfə • Şərh yoxdur
Share Button

eldar ezizovDünən günün ikinci yarısında saytlarda prezidentin sərəncamına əsasən bir neçə kadr dəyişikliyinin baş verməsi ilə bağlı məlumat yayılmışdı. 

 

Qafqazinfo” xəbər verir ki, sözügedən informasiya ötən günün sonunda təsdiqini tapmadı. Bu barədə hələ ki, heç bir rəsmi məlumat yayılmayıb.

Bu gün musavat.com saytı Sumqayıtın icra başçısı Eldar Əzizovun yerinə təyin olunduğu deyilən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı məlumatı təsdiqləyib. Belə ki, sayt bu barədə İcra hakimiyyətinə sorğu göndərib.  Sorğuya cavabda Z.Fərəcovun Sumqayıta icra başçısı təyinatı xəbəri təsdiqlənib.

***

Daha bir məlumat isə faktxeber.com saytında yayımlanıb. Məlumatda qeyd olunur ki, Eldar Əzizov yeni təyinatı ilə bağlı xəbəri təsdiqləməyib:

“Mən hazırda oturmuşam Sumqayıt şəhər İcra Hakimiyyətində və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Bu, bəzi media orqanlarının növbəti dezinformasiyasıdır və heç bir əsası yoxdur”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın