Menu
Geri İrəli

Etilen-polietilen zavodunda Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2014 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

01«Azərikimya» İB-nin Etilen-polietilen zavodunda  mart – Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda 1 mart – Ümum­dünya Mülki Müdafiə günü münasibətilə tədbir keçirilmişdir. Müəssisənin Mülki müdafiə qərar­gahına daxil olan xilasetmə və yanğından mühafizə dəstələrinin, kimya-radiasiya müşa­hidə postunun,  ilkin tibbi yardım və sanitar mən­tə­qələrinin, rabitə, sığınacaq və dalda­lanacaq xidmətlərinin, qəza-bərpa manqasının, su və kanalizasiya sistemlərinə nəzarət briqadasının, fərdi mühafizə vasitələrinin paylanma məntə­qəsinin, həmçinin nəqliyat və xüsusi texnika bölməsinin hazırlıq vəziyyəti yoxlanılmış, fövqəladə hallar zamanı onların görəcəkləri işlər barədə hesabatları, rəy və təklifləri dinlənilmişdir.

Qeyd olunmuşdur ki, BMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Hazırda dün­yanın 100-dən artıq ölkəsinin daxil olduğu bu nüfuzlu beynəlxalq təşkilata Azərbaycan 1993-cü ildən üzv olmuşdur. 1995-ci ildən etibarən Ümumdünya Mülki Müdafiə gü­nü hər il konkret bir mövzuya həsr olunur və buna uyğun olaraq müvafiq kütləvi tədbirlər təşkil edilir. Bu ilin mövzusu «Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti» qəbul edilib

Baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsi kimi dəyərləndirilən tədbirdə «Azərikimya» İstehsalat Birliyinin və Sumqayıt şəhər Mülki Müdafiə Qərargahının rəsmi nümayəndələri iştirak et­mişlər. Təlim-məşq xarakteri daşıyan tədbirdə müəssisənin mülki müdafiə dəstələrinin üzvləri təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar özlərinin yerinə yetirməli olduqları işləri, bu sahədə əldə etdikləri vərdişləri nümayiş etdirmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın