Menu
Geri İrəli

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2016 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur
Share Button
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 fevral 2016-cı il tarixində Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəbdə “Həyatının təhlükəsizliyi sənin öz əlindədir!” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.Tədbirdə Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi”, “Odsöndürücü balondan istifadə qaydaları” və “Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi” adlı videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra suallar cavablandırılmış və təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Tədbirin praktik hissəsində məktəbin həyətində Regional Mərkəzin və Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın