Menu
Geri İrəli

Generaldan mitinqlə bağlı – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2013 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur
Share Button

Milli Şuranın avqustun 18-nə təyin etdiyi icazəli mitinqə Bakı Şəhər Baş Polis İdarəsindən də reaksiya gəlib.İdarənin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında deyib ki, bazar günü keçirilməsi nəzərdə tutulan mitinqə icazə verildiyi üçün polis iştirakçıların təhlükəsizliyini təmin edəcək.

Onun sözlərinə görə, mitinq təyin olunduğu vaxtda və yerdə keçirilməlidir:

“Polisin vəzifəsi təhlükəsizliyi təmin etmək və qanunun aliliyini qorumaqdır. İştirakçıların da borcu odur ki, təyin olunmuş yerdən və vaxtdan kənara çıxmasınlar”.

Qeyd edək ki, Bakı meriyası Milli Şuranın 20-ci sahədə mitinq keçirməsinə icazə verib. Mitinq saat 17:00-dan 20:00-dək davam edəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın