Menu
Geri İrəli

Gömrükçülərinin Sumqayıt şəhəri yaxınlığında müsadirə etdikləri Ermənistan məhsulları məhv edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2015 • Baxış sayı: 590 dəfə • Şərh yoxdur
Share Button

7949c8805cfe0f3b4504baaed0d2cf8aSumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin məhsullardan ümumi miqdarı 64802 qutu təşkil edən müxtəlif adda tütün məmulatları Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.

207 kq kolbasa, 91 kq hisə verilmiş balıq, 218 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün məhv olunub. Müxtəlif adda 611 ədəd pivə və kustar üsulla hazırlanmış 864 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib. İstifadə müddəti bitdiyi üçün 446 ədəd mineral su, 659 ədəd limonad, 3815 ədəd sərinləşdirici və enerji içkisi, eləcə də 317 ədəd müxtəlif duru yağlar da məhv edilib.

Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 311 071 ədəd pirotexniki vasitələr yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq onların da məhv edilməsi həyata keçirilib. Bundan başqa, müxtəlif markalı 252 ədəd mobil telefonlar kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.

Nəhayət, gömrükçülərin müsadirə etdikləri mallar arasında Ermənistan istehsalı olan 51 qutu siqaret, 23 ədəd kofe, 31 ədəd konyak da aşkarlanıb və istifadəyə yararsız olduğu üçün məhv edilib.

Sözügedən bütün məhsullar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın