Menu
Geri İrəli

Hacı Zeynalabdin parkı Novruz bayramı ərəfəsində istifadəyə verildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Mart 2017 • Baxış sayı: 1,262 dəfə • 4 şərh
Share Button

Bu gün Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində Novruz bayramı münasibəti ilə bayram tədbiri  keçirilib.
Novruzun gəlişinə ciddi hazırlaşan qəsəbə sakinləri baharı milli musiqi sədaları altında böyük sevinc və ümidlə qarşılayıblar. Qəsəbənin bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların rəngarəng çıxışları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bayram tədbirində Sumqayıt şəhər  İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, qəsəbənin idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırılıb.
Eyni zamanda, qəsəbədə təmir olunan parkın açılış mərasimi keçirilib. Qəsəbənin giriş hissəsində  olan  Hacı Zeynalabdin Tağıyevin büstünün yeri dəyişdirilib, abidə parkda  qoyulub. Parkda əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.
Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.
DSC_0001 (2) DSC_0002 (1) DSC_02в95 DSC_0003 (1) DSC_0013 DSC_0017 DSC_030в4 DSC_0039 DSC_0045 DSC_0049 DSC_0080 (1) DSC_0084 DSC_0086 DSC_0095 (1) DSC_0117 DSC_0128 DSC_0137 DSC_0150 DSC_0213 DSC_0216 DSC_0295 DSC_0304 DSC_0318 DSC_0324 DSC_0330 DSC_0355
Facebook Şərhləndirmə:
Share Button

“Hacı Zeynalabdin parkı Novruz bayramı ərəfəsində istifadəyə verildi – FOTOLAR” yazısına 4 cavab

  1. Perviz deyir:

    Mənim gözəl şəhərim! Zakir müəllim çox işlər gördü şəhərimiz üçün. Allah can sağlığı versin. Digər layihələrdə də uğurlar arzulayıram

  2. Xaliq Eliyev deyir:

    Ela. Tikən quran əllər var olsun!

  3. Medine deyir:

    Gozel parkdir. Tesekkur edirik Icra bascisina. Usaqlari aparmaqa axir ki bir normal yer oldu qesebemizde!

  4. Ulker deyir:

    Tesekkurler!

Şərhinizi yazın