Menu
Geri İrəli

Həbsdə olan sumqayıtlı vəkili məhkəmədən hospitala apardılar

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2014 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

intiqam eliyevBu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Proses zamanı təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət veribr. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkil Cavad Cavadov proses zamanı İ. Əliyevin səhhətinin pisləşdiyini və xüsusi maşınla İstintaq təcridxanasına aparıldığını da bildirib.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın