Menu
Geri İrəli

Hökumət bizə sürpriz hazırlayır?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2010 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

İşıq puluna görə olan borclar da silinəcəkmi?

Ötən ilin son günlərində dövlət başçısı əhaliyə yeni il hədiyyəsi etdi. Belə ki, prezidentin fərmanı ilə əhalinin uzun illər ərzində qaza görə yığılıb qalmış borcları silindi. Doğrudur, bu, hər mənzilə görə baxdıqda o qədər də böyük rəqəmlərlə ifadə olunan mənzərə deyildi, ancaq bazar iqtisadiyyatı quruluşunda dövlətin bu cür addımlar atması, doğrudan da cəsarət tələb edirdi. Çünki söhbət dövlət büdcəsinə daxil olmalı olan 327 milyon manat borcdan gedirdi.

Son günlər gəzən söz-söhbətlərə görə isə hazırda əhalinin elektrik enerjisinə görə olan borclarının silinməsi məsələsi gündəmdədir. Bildirilir ki, parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar hökumət bu borcları da güzəştə getmək barədə düşünür və bununla bağlı ən yuxarı dairələrdə müzakirələr aparılır.

Artıq əhaliyə “köhnə borclar”la bağlı qəbzlərin gəldiyi də söylənilir. Hansı ki, bir müddət idi ki, əlaqədar təşkilatlar “köhnə borclar” məsələsinin üstünə əvvəlki qədər getmirdilər.

Sumqayıt şəhər Regional Elektrik Təchizat İdarəsindəki mənbələrin bildirdiyinə görə, yığımın artırılması üçün Sumqayıtda da İdarənin bu işi həyata keçirən əməkdaşları səfərbər edilib.

Yığımın gücləndirilməsi onunla izah olunur ki, elektrik enerjisinə görə yığılıb qalmış borclar katastrofik rəqəmlərlə ifadə olunur. Hətta bu rəqəmlər qaza görə olan borclardan dəfələrlə çoxdur. Bu isə həm də əlaqədar qurumların fəaliyyətsizliyinin göstəricisi kimi qəbul oluna bilər. Beləliklə, əgər hökumət “köhnə borclar”ı silmək qərarına gəlsə bu həqiqət ortaya çıxmış olacaq. Məhz bu rəqəmləri kiçiltmək üçün indi əlaqədar qurumların “gücləndirilmiş iş” rejiminə keçməyə başladığı bildirilir.

Vüsal

Facebook Şərhləndirmə:

Şərhinizi yazın