Menu
Geri İrəli

Hüquq müdafiəçiləri Sumqayıt Şəhər Polis İdarəsindəki ölüm faktını araşdırıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2014 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur

Elcin-Behbudovİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur: “Orada olarkən mayın 20-də saxlanma yerində baş vermiş ölüm faktını araşdırdıq. Ölən şəxs Sumqayıt sakini, 1977-ci il təvəllüdlü Əliyev Əsgər Əli oğludur. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və sair) maddəsinə əsasən təqsirləndirilib.

Üçüncü dəfə narkotiklə bağlı həbs olunub. Yatıb yuxudan oyanmayıb. Onun ölümündən sonra çəkilən videomaterila baxış keçirdik. Bədənində xəsarət yoxdur. Kamerada 3 nəfər olublar. Kamera yoldaşları deyir ki, xırıltı eşidiblər. Baxıblar ki, ölüb. Həmin şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən saxlanılıb. Üç saat bölmədə saxlanıldıqdan sonra idarəyə təhvil verilib. Hazırda aidiyyəti qurumlar araşdırma aparır”.

E. Behbudov mayın 23-də 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə bağlı monitorinq keçirəcəklərini də bildirib: “Məndə olan məlumata görə, oraya heç kimi buraxmırlar. Sabah bizə qarşı da belə münasibət olsa, birbaşa prezident İlham Əliyevə müraciət edəcəyəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın