Menu
Geri İrəli

İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılmışdır. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev Bayraq meydanında görülmüş işlərdən razılığını bildirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın