Menu
Geri İrəli

İlham Əliyevin işdən çıxardığı sumqayıtlı kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2015 • Baxış sayı: 1,784 dəfə • Şərh yoxdur

1437716014_ilham-1824iyulÖtən gün prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədrini tutduğu vəzifədən azad edib.

Ölkə başçısının sərəncamına əsasən, Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri postundan çıxarılıb.

S.Cəfərov bu vəzifəyə 2014-cü ilin fevral ayında təyin olunmuşdu. Göründüyü kimi, o postunda heç də uzun müddət qala bilmədi.

Samir Cəfərov kimdir?

İlham Əliyevin işdən çıxardığı Samir Cəfərov kimdir?

Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb.

Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. O,Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən 2014-cü ilədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub. (Azvision.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın