Menu
Geri İrəli

İlqar Mikayıloğlu həbsdə olan bacısından danışdı: “…ağır qarşıladım”

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2013 • Baxış sayı: 237 dəfə • Şərh yoxdur

 

Bir neçə gün əvvəl barəsində başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuş sabiq millət vəkili Gülər Əhmədovanın qardaşı, tanınmış teleaparıcı İlqar Mikayıloğlu “anspress”ə müsahibə verib. Teleaparıcı bildirib ki, bacısının həbsinə, baş verənlərə soyuqqanlı yanaşmağa çalışır: “Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu, mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladını dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın