Menu
Geri İrəli

Inzibati hüquq çəkişmələrində əhaliyə hüquqi yardım göstəriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2009 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur
Share Button

mehkeme4Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi ABŞ-ın German Marşal Fondunun maliyyə dəstəyi ilə İnzibati hüquq mübahisələrində əhalinin hüquqlarının müdafiəsinə yönəlmiş layihənin icrasına başlamışdır. Layihənin əsas fəaliyyət istiqamətləri: inzibati hüquq mübahisələri ilə bağlı əhaliyə pulsuz hüquqi yardım göstərilməsi, inzibati qanunvericilik sahəsində peşəkarlığın inkişafı və hüquqi maarifləndirmə, inzibati məhkəmə çəkişmələrinin monitorinqi. İnzibati hüquq mübahisələri dedikdə, tərəflərdən biri dövlət orqanları, bələdiyyələr, digər təşkilatlar, onların vəzifəli şəxsləri olan hüquq çəkişmələri nəzərdə tutulur. Layihənin coğrafi əhatəsi: Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olan şəhər və rayonlar. Pulsuz hüquqi yardıma daxildir: – inzibati hüquq mübahisələrini tənzimləyən qanunvericilik üzrə şifahi konsultasiyalar; – inzibati orqanlara təqdim olunması üçün ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanması; – məhkəmələrdə nümayəndəlik; – şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanması. Layihə çərçivəsində əhaliyə hüquqi yardım peşəkar hüquqşünaslar, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, beynəlxalq sertifikatlı mütəxəssis tərəfindən göstəriləcəkdir. Pulsuz hüquqi yardım şəxsi qəbul, telefon və internet rabitəsi vasitəsi ilə göstərilir.

Mərkəzin ünvanı: Sumqayıt şəhəri, N.Nərimanov küç. 1-ci mikrorayon, bina 45b (S.Vurğun adına kitabxananın yanındakı onmərtəbəli binanın 1-ci mərtəbəsi).

Telefon: (018) 642-48-27

Mob. (050) 595 47 54

E-mail:res_centre@mail.ru

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın