Menu
Geri İrəli

İslam Partiyası Sumqayıtda Qurban Bayramını qeyd edib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Hicri təqvim ilə zil-hiccə ayının 10-u  Qurban bayram günü ilə əlaqədar ölkəmizin bütün rayon və şəhərlərində, o cümlədən Sumqayıt  şəhərinin müxtəlif məscidlərində bayram namazı qılınıb, qurbanlar kəsilib.

Sumqayıt şəhərində yerləşən “İslam” məscidinin həyətində, açıq səma altında Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı Elçin Manafovun imamlığı ilə bayram namazı qılınıb. Bayram namazında AİP-ın Sumqayıt rayon komitəsinin üzvləri və şəhər dindarları iştirak edib. Namazdan sonra dualar oxunub, insanlar bu müqəddəs bayram münasibətilə bir-birini təbrik edib./İslaminsesi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın