Menu
Geri İrəli

İşsizlikdən gileylənən Sumqayıt sakini özünü öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2011 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində intihar hadisəsi baş verib

Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Corat qəsəbə sakini 45 yaşlı Habil Məmmədov özünü öldürüb. Mərhumun meyiti yaşadığı evdə iplə asılmış vəziyyətdə aşkarlanıb. Habil Məmmədovun özünə hansı səbəbdən qəsd etməsinin səbəbi məlum olmasa da, onun son zamanlar işsizlikdən gileyləndiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov Milli.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın