Menu
Geri İrəli

İstanbula uçmaq ucuzlaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

“Azərbaycan Hava Yolları”nın keçiridiyi aksiyaya əsasən Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) aviabiletinin qiyməti 173 Avroya (yığım və rüsumlar daxil) düşüb.

gun.az-a istinadən xəbər verir ki, aviaşirkət verdiyi məlumata görə, aksiyanın şərtlərinə əsasən uçuş tarixləri 21.01.14 – 28.02.2014-cü il tarixlərini əhatə etməlidir.

Biletlər isə 15.11.13 – 15.12.2013 tarixlərində əldə edilməlidir.

Bildirək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Bundan başqa, “Azərbaycan Hava Yolları”nın keçirdiyi xüsusi biznes sinif aksiyasına əsasən Bakı-İstanbul biznes sinifi ilə 347 Avro (yığım və rüsumlar daxil), İstanbul- Bakı biznes sinifi ilə 328 Avroya  (yığım və rüsumlar daxil) uça bilərsiniz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın