Menu
Geri İrəli

Kəskin isti hava şəraitində yaşıllıqlara qulluq xüsusi nəzarətə götürülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2010 • Baxış sayı: 302 dəfə • 1 şərh

Respublikamızda son günlər ərzində müşahidə olunan kəskin isti hava şəraitində yaşıllıq sahələrə qulluq xüsusi nəzarətə götürülüb. Bu barədə Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma-tikinti idarəsindən məlumat verilib.

İdarənin məlumatına əsasən, şəhərdə yeni yaşıllıq sahələrin salınması işləri ilə yanaşı, mövcud çəmənliklər, yeni əkilmiş ağaclar və dekorativ kollara qulluq məqsədilə səhər və axşam saatlarında növbəli iş rejimi tətbiq olunur. İdarənin əməkdaşları tərəfindən yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması, qurumuş ağacların çıxarılması işləri müntəzəm şəkildə həyata keçirilir.

Qeyd edək ki, Sumqayıt şəhərində hazırda adambaşına 26 kvadrat metr yaşıllıq sahəsi düşür ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir.

Facebook Şərhləndirmə:

“Kəskin isti hava şəraitində yaşıllıqlara qulluq xüsusi nəzarətə götürülüb” yazısına bir cavab

  1. konul deyir:

    Avazınız yaxşı gəlir, oxuduğunuz Quran olsa.Əkilən ağaclar baxımsızlıqdan yanıb yerə yapışıblar.

Şərhinizi yazın