Menu
Geri İrəli

Kamal Quliyev “Neftçi”yə qayıtdı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2011 • Baxış sayı: 374 dəfə • 1 şərh

Martın 3-də baş tutacaq NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” oyunundan qabaq Kamal Quliyevin futbola vida mərasimi keçiriləcək. “Neftçi”nin formasında meydançaya daxil olacaq Kamal Quliyev topa ilk zərbəni vuracaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində Kamal Quliyev Azərbaycanın “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran”, “Standard” və Ukraynanın “Volın” klublarının şərəfini qoruyub. Bu il 35 yaşını qeyd edəcək Kamal Quliyev, həmçinin, Azərbaycan milli komandasının heyətində 40-dan çox oyun keçirib.
1976-cı ildə dünyaya gələn Sumqayıt futbol məktəbinin yetirməsi Kamal Quliyev ölkə çempionatında “Neftçi”nin heyətində 1997/1998-ci il mövsümündə debüt edib. İlk mövsümdə flaqmanın heyətində 19 oyunda meydana çıxan futbolçu, 2 dəfə fərqlənə bilib. Həmçinin, həmin mövsüm K.Quliyev 5 dəfə ölkə kuboku çərçivəsində “ağ-qara” formanı geyib. Futbolçu müvafiq olaraq 1998/1999-cu il (36 oyun, 6 qol); 1999/2000-ci il ( 25 oyun, 6 qol); 2000/2001-ci il (26 oyun, 8 qol); 2001/2002-ci il ( 24 oyun, 2 qol) ümumi olaraq 135 oyunda iştirak edərək, rəqib qapılarından 24 qol keçirib. Yarımmüdafiəçi “Neftçi”nin heyətində 1999 və 2000-ci ildə bürünc, 2001-ci ildə isə gümüş medal qazanıb. Həmçinin Quliyev 1999-cu ildə ölkə kubokunun da qalibi olub. www.sektor13.org

Facebook Şərhləndirmə:

“Kamal Quliyev “Neftçi”yə qayıtdı” yazısına bir cavab

Şərhinizi yazın