Menu
Geri İrəli

“Karvan”da zərərçəkmiş sahibkarlara şad xəbər – TƏŞƏBBÜS

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 238 dəfə • 4 şərh

Məlum olduğu kimi 19 oktyabrda Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsilə əlaqədar, yüzlərlə sahibkara əhatə dairəsi milyonlarla ölçülən maddi ziyan dəymişdir. Ənbaşlıcası isə həmin sahibkarlar yanğın nəticəsində illərlə işlədikləri və ailələri üçün çörək qazandıqları iş yerlərini itirmişlər. Yaranmış durumu nəzərə alaraq Sumqayıt şəhər rəhbərliyi və “Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyyətinin sədri Zaman İsgəndərovun birgə təşəbbüsü ilə sözügedən Mərkəzin 3-cü mərtəbəsində zərərçəkmiş sahibkarların ixtiyarına pulsuz olaraq  yer verilməsinə dair göstəriş verilmişdir.

Sahibkarların nəzərinə!

Artıq fəaliyyətinizi qismən də olsa bərpa etmək üçün “Sumqayıt Ticarət Mərkəzi” ASC-in rəhbərliyinə müraciət edə bilərsiniz.

Əlaqə : (65) 5 85 35

Facebook Şərhləndirmə:

““Karvan”da zərərçəkmiş sahibkarlara şad xəbər – TƏŞƏBBÜS” yazısına 4 cavab

  1. Qabil İsmayılov deyir:

    Yalandırsa doğru olsun

  2. Vefa deyir:

    Hansi pulla qursunlar evvelki ticareti?yene kredit gotursunler?komek anlayislari eladi

  3. Mustafa Eraslan deyir:

    Bezdik daha yalanlardan

  4. Arzu Enver qizi deyir:

    Milleti emelli bawli ele saliblar

Şərhinizi yazın