Menu
Geri İrəli

Kenan Aslanlı: “Ölkə “3 İ” sindromunun məngənəsində: işsizlik, inflyasiya və inamsızlıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 497 dəfə • Şərh yoxdur

kenan aslanli 2İqtisadçı ekspert Kənan Aslanlı manatın devalvasiyasına münasibət bildirib.

sumqayiteber.com  xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki 2016-cı ildə bizi daha mürəkkəb bir vəziyyət gözləyir

“Mərkəzi Bank manatın təqribən 50% devalvasiyasına səbəb olan üzən məzənnə rejiminə keçilməsi barədə bu günkü qərarının 3 məqsədini belə sıralayır:

(1) “tədiyə balansının tarazlaşdırılması”;

(2) “ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması”;

(3) “milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması”.

Ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsi prosesi bəlkə də müvəqqəti səngiyə bilər (rəsmi valyuta ehtiyatları hələlik 8 aylıq idxalı qarşılayır).

Amma neftin 35-40 dollar ətrafında dəyişən qiyməti, tədiyyə balansının cari əməliyyatlar və maliyyə hesabının indiki vəziyyəti, habelə güclü ixrac potensialı olmayan qeyri neft-qaz sektoru (qeyri neft-qaz ixracı ÜDM-in cəmi 2.7%-i qədərdir) yuxarıdakı 1-ci və 3-cü məqsədləri çətinləşdirir. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 dollara çatdırılması hədəflənir, amma bu göstərici 2015-ci ilin 9 ayının yekunlarına görə hələki 116 dollardır. Mərkəzi Bankın bəyanatında ən realist məqam güclənən xarici iqtisadi şokların “uzunmüddətli xarakter daşıması” müddəasıdır. Yəni 2016-cı ildə bizi hər baxımdan daha mürəkkəb bir vəziyyət gözləyir. Ölkə “3 İ” sindromunun məngənəsində hələ bir müddət sıxılmağa davam edəcək: işsizlik, inflyasiya və inamsızlıq (o cümlədən, manata). “

Facebook Şərhləndirmə:

Şərhinizi yazın