Menu
Geri İrəli

“Kişidən gül iyi gələndə zəhləm gedir”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur

75057

“Əgər mənim kriteriyalarıma uyğun istədiyim biri olarsa, ikinci dəfə ailə quraram.Ən azından, mənə həmsöhbətim olsun, dünyagörünüşümə yaxın biri olsun”. 

“Qafqazinfo” xəbər verir ki, bunu publika.az-a müsahibəsində teleapaıcı Afaq Gəncəli deyib. O, bildirib ki, kişidə mütləq kişilik olmalıdır: “Kişidə sözünün keçərliyi,  yumruğu və mənliyi olmalıdır. O, sadəcə kişidirsə,  sözü keçərli deyilsə, öz mənliyi yoxdursa, onu kişi hesab etmirəm. Kişi adını daşımaq hələ kişi olmaq demək deyil”. 

 

O, həmçinin kişidən gül ətrinin gəlməsini xoşlamadığını da bildirib: “Kişilərdə siqaret və odekolonun qarışığını sevirəm. Zəhləm gedir kişidən gül ətri gələndə. Elə qadınlardan da gül ətri gələndə xoşuma gəlmir”.

 

Aparıcı həmçinin ucuz geyim alarkən utandığını da ifadə edib: “Ən bahalı geyimim 5 min manatdır. Amma 30-40 manatlıq paltarlarım da var. Kimdəsə bir paltar görürəm və bəlli olur ki, sadə bir mağazadan alıb. Yəni heç brend də deyil. Yavaşca eynəyimi taxıram gözlərimə və gedib o paltardan alıram”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın