Menu
Geri İrəli

Lotereyada pul udub 1 kiloqram heroin aldı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

hebsBakıda polis əməliyyatı.

Yasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakinini saxlayıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir.

Onun sözlərinə görə, heroini “20 Yanvar” metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb. C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o 500 manat pul verib. Pulu isə, idman yarışları lotereyasından udub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq heroinin “qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın