Menu
Geri İrəli

Magistrantlar SDU-ya niyə toplaşmışdı?

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2013 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur

Dünən Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə magistrantların XIII Respublika elmi konfransı işinə başladı.

Əvvəlcə dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra dövlət himni səsləndirildi.

Konfransda çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışdı. Rektor qeyd etdi ki, məhz dahi liderin həyata keçirdiyi siyasət, düşünülmüş strategiya Azərbaycanı bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə, regionun isə lokomativinə çevirib.

“Ulu öndər təhsil sahəsinin inkişafına xüsusi diqqət ayırır, bu sahədə ardıcıl islahatlar həyata keçirirdi. Dahi liderin uğurlu siyasi xətti onun layiqli davamçısı İlham Əliyev tərəfindən bir qədər də şaxələndirildi. ““İqtisadi potensialımızı insan kapitalına çevirməliyik” tələbi bu gün bütün təhsil müəssisələrində olduğu kimi Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir” – deyə rektor bildirdi. N.Qəhrəmanov əlavə etdi ki, Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi ərəfəsində dövlət başçısının universitetin 50 əməkdaşının təltif olunması barədə sərəncamı prezidentimizin təhsilə və universitetimizə olan diqqətinin ifadəsidir.

SDU-da beynəlxalq və respublika konfranslarının keçirilməsinin ənənəyə çevirildiyini diqqətə çatdıran rektor qeyd etdi ki, bu gün işinə başlayan magistrantların XIII Respublika elmi konfransı 2 gün ərzində 15 bölmədə davam edəcək.

Daha sonra ölkənin müxtəlif təhsil ocaqlarının magistrantlarının çıxışları dinlənildi.

Nəhayət, konfrans bölmə iclaslarında işini bu gün sona çatdırdı.

Qeyd edək ki, konfransa ölkənin 18 ali təhsil olcağından 837 magistrant qatılmışdı.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın