Menu
Geri İrəli

“Makedon” ləqəbli sumqayıtlı kriminal avtoritet ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur
Share Button
Kriminal aləmdə “Makedon” ləqəbli kriminal avtoritet ölüb. Onun qətlə yetirildiyi deyilsə də, bu fakt təsdiqlənmir.

Sumqayıt sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, “Mekedon” və “Çənə” ləqəbilə tanınan 42 yaşlı Natiq Məmmədov şənbə günü Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müıssisəsində dünyasını dəyişib. Sumqayıt ərazisində silsilə cinayətlər törətdiyinə görə məhkum edilən N.Məmmədovun ölüm səbəbi açıqlanmır. Dünən Sumqayıtda yaşadığı 18-ci mikrorayon ərazisində yas mərasimi keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman SadıqovMilli.Az-a xəbəri təkzib edərək heç bir ölümün olmadığını bildirdi.  Anar Məmmədov, Milli.Az

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın