Menu
Geri İrəli

Maşınını təmir edərkən altında qalaraq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2011 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, noyabrın 15-də Qaradağ rayonundakı “Binə” ticarət mərkəzinin ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsrafilov “Hyundai” markalı avtomaşınını təmir edərkən avtomaşın qəflətən hərəkətə gəldiyindən, o təkərlərin altında qalıb.

Bədbəxt hadisə nəticəsində ağır xəsarət alan İ.İsrafilov xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın