Menu
Geri İrəli

Məcburi köçkünlər Sumqayıt vağzalından çıxarılacaqlar, amma… – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 832 dəfə • Şərh yoxdur
Share Button

36047Sumqayıt şəhərinin dəmir yolu stansiyasında məskunlaşan məcburi köçkünlərə ev veriləcək. Onlar stansiyanın inzibati binasından köçürüləcəklər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov milli.az-a açıqlamasında deyib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb. Stansiyaya baxış keçirilib. Orada məskunlaşan məcburi köçkünlərin mənzillə təmin olunması üçün işlər görüləcək.

Qeyd edək ki, Bakı ilə Sumqayıt şəhərləri arasında sürətli qatarların istifadəyə verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Sumqayıt stansiyasında da təmir işlərinə başlanılıb.

Xatırladaq ki, Sumqayıt Dəmir Yolu Stansiyasında əsasən Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşıblar. Stansiya daimi yaşayış üçün nəzərdə tutulan yer olmadığı üçün məcburi köçkünlərin həyat şəraitləri ağırdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın