Menu
Geri İrəli

Merkel İlham Əliyevi təbrik etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel prezident İlham Əliyevi təbrik edib.

Virtualaz.org xəbər verir ki, Angela Merkel İlham Əliyevi yenidən Prezident seçilməsi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir.

Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.

Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

Angela Merkel

Almaniya Federativ Respublikasının Federal Kansleri”

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın