Menu
Geri İrəli

Mikayıl Cabbarovdan müəllimlərin işə qəbulu ilə bağlı əmr

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2015 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

mikayil_cabbarov_270613Nazirlik məlumat yaydı.

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

Oxu.Az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.

Əmrə əsasən, İnsan resursları şöbəsi və İlk peşə və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsin və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsin. Bundan əlavə, 1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu təşkil olunmalıdır.

Yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə tapşırılıb ki, mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə (forma əlavə olunur) elektron proqram təminatına daxil edilməsini, müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər.

Bundan əlavə, Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin vaxtında verilməsi, nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək müəyyənləşdirilmiş formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim edilməlidir.

Əmrin icrasına nəzarət Aparat rəhbərinə Mətin Eynullayevə həvalə edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın