Menu
Geri İrəli

Millət vəkili Muxtar Babayev seçicilərlə görüşdü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2013 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda Milli Məclis deputatının seçicilərlə növbəti görüşü keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə deputatı Muxtar Babayevin şəhərin 13-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə növbəti görüşü keçirilib.

Görüş zamanı son illərdə ölkəmizdə, eləcə də Sumqayıtda aparılan geniş quruculuq işlərindən söhbət açılmış, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq  ifadə edilmişdir. Sakinlər növbəti Prezident seçkilərində öz gərgin və səmərəli fəaliyyəti ilə xalqın etimadını doğrultmuş İlham Əliyevə səs verəcəklərini bildirmişlər.

Millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onları maraqlandıran sualları cavab­lan­dırmış, mikrorayon sakinlərinin qaldırdıqları problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat verilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın