Menu
Geri İrəli

Millət vəkili oturaq voleybol komandasının üzvləri ilə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Avqust 2013 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur
Share Button

Avqustun 27-də Milli Məclisin deputatı Muxtar Babayev Milli Paralimpiya Komitəsinin oturaq voleybol komandasının üzvləri ilə görüşmüşdür.

sumqayitxeber.com saytı AzərTAc -a istinadən xəbər verir ki, Sumqayıt Paralimpiya Kompleksində keçirilmiş görüşdə deputat Muxtar Babayev komanda üzvlərinə ölkəmizdə idman və bədən tərbiyəsinə göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, dövlət başçısı İlham Əliyev həmişə idmançılarımıza dəstək olaraq, onların sosial rifahlarının yüksəldilməsini diqqət mərkəzində saxlayır. Milli Məclisin deputatı komandaya idman geyimləri və avadanlıq hədiyyə etmişdir.

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov deputat Muxtar Babayevin müntəzəm olaraq paralimpiyaçılarla görüşməsini və onlara dəstək verməsini yüksək qiymətləndirmişdir. O, son vaxtlarda ölkəmizdə Paralimpiya hərəkatının genişləndirilməsində görülmüş işlərdən danışmışdır.

muxtar babayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın