Menu
Geri İrəli

Millət vəkili Sumqayıtda yarmarkada oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2016 • Baxış sayı: 1,674 dəfə • 5 şərh

tahir55

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili Sumqayıt şəhərində həftə sonu təşkil edilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında iştirak edib.
Millət vəkili bu barədə rəsmi facebook səhifəsində paylaşım edib:

“Yarmarkada olduq. Qiymətlələ taniş olduq. Alıcılarla söhbət etdik. Satıcıları dinlədik. Alıcıları düşündürən əsas məsələ qiymətlər, sahibkarları düşündürən əsas məsələ isə gəlirlər və bazardır. Sırf iqtisadi maraqlardan yanaşdıqda, hər ikisini başa düşmək olur. Ama bir də məsələnin mənəvi və strateji tərəfi var. Bu günkü hadisələr ağır xəstəliklərin baş verməməsi üçün vurulan peyvəndə bənzəyir. Bir az fəsadları olur. Ancaq daha da güclü edir. Bir birimizə kömək etdikcə, sırf iqtisadi maraqlarımızı müəyyən müddətə kənara qoyunca, daha sağlam gələcək üçün zəmin hazırlamış oluruq. Azad sahibkarlığın inkişafı üçün artıq bir çox şərait yaradılmışdır və ya yaradılmaqdadır. Yerli istehsal məhsullarının qiymətlərinin artmaması üçün bir çox tədbirlər görülür və nəticələr vardır. Məsələn, un və çörəyin qiyməti kimi. İnsanlara bunları çatdırdıq.”

sumqayitxeber.com

tahir22
tahir323

 

Facebook Şərhləndirmə:

“Millət vəkili Sumqayıtda yarmarkada oldu – FOTOLAR” yazısına 5 cavab

  1. Mətanət deyir:

    Axır ki, Sumqayıtın bir normal millət vəkili oldu. Xalqın arasında olmaq lazımdır. Dərdin-sərin dinləmək lazımdır.

  2. Samir Əliyev deyir:

    İnsanlar dərdlərini danışmağa adam axtarır. İnsanları normal dinləyən məmurlar olsa, problemlər də həll olunar. Bir çox problemləri yerlərdə məmurlar yaradır.

  3. İlqar deyir:

    Millət vəkilimizin yanaşmasını sevdim. Məncə həm alıcılar, həm də satıcıların fikri dinlənilməlidir. Satıcı yazıq da hardansa alıb gətirib satır. Bazar özü qiymətləri tənzimləməlidir. Bunun üçün də yarmarkalar tez-tez təşkil edilməlidir.

  4. Abbas deyir:

    Tahir m. sozun esl menasinda xalqini seven ogullardandir. Arzu edirik ki Sumqayitimizin iqtisadi inkisafinda oz tesir gucunu gosterecekdir.

  5. Fuad deyir:

    Sumqayıtda yeni iş yerlərinin açılması üçün addımlar atılmalıdır, yoxsa vəziyyətimiz yaxşı olmayacaq. Yaxşı olar ki, millətvəkili bu istiqamətdə də təşəbbüslərlə çıxış etsin.

Şərhinizi yazın