Menu
Geri İrəli

Moldovanın “Flueraş” ansamblı Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2014 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Moldovanın məşhur “Flueraş” ansamblının konserti olub.

AzərTAc xəbər verir ki, konsert Azərbaycanda Moldova Mədəniyyət Günləri çərçivəsində keçirilmişdir. Ştefenets qardaşlarının və baletmeyster Yuri Bivolanın rəhbərliyi altında “Flueraş” xalq mahnı və rəqs ansamblının şövqlü çıxışı sumqayıtlı tamaşaçıları valeh edib.

“Flueraş” ansamblının ifasında şən, dinamik və təsirli, müsbət emosiya ilə dolu Moldova mahnı və rəqsləri tamaşaçıları riqqətləndirmişdir. Ansambl ən məşhur xalq rəqslərini – “Xora”, “Sırba”, “Moldavenyaska” və digər rəqsləri coşğunluqla ifa etmişdir. Orijinal ornamentlərlə bəzənmiş milli paltarlarda səhnəyə çıxan rəqqasların hərəkətləri cəld, ahəngdar və gözəl idi, səs-küy və fit səsi ilə müşayiət olunurdu. Kollektivin çıxışına heyran olmuş sumqayıtlılar moldovalı artistlərə çiçəklər vermiş, onları uzun müddət alqışlamışlar. Qeyd edək ki, “Flueraş” ansamblı Moldovada ən yaxşı professional musiqi kollektivlərindən biridir və artıq 70 ildir ki, fəaliyyət göstərir. Məşhur kollektiv həm Moldovada, həm də dünyanın bir çox ölkələrində uğurlu çıxışlar edir. Ansambl mahnı və rəqsləri ilə Kanada, Hindistan, Mərakeş, Finlandiya, Almaniya və Fransada tamaşaçıları məftun etmişdir.

Ətrabə Rzayeva

moldova-4 moldova-5 moldova-8 molova-2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın