Menu
Geri İrəli

Müəllimlərin nəzərinə!

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2014 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

tehsil nazirliyi 2506142014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu bu gün başa çatacaq. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlərin qəbulu bu gün saat 18:00-da başa çatacaq.

Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı)) müsahibə keçiriləcək.

Qeyd edək ki, 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25 avqust 2014-cü il tarixindən əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın