Menu
Geri İrəli

Muxtar Babayev: “Sumqayıtda insan sağlamlığına zərər vuran müəssisələr fəaliyyətini dayandırılıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 1,362 dəfə • Şərh yoxdur

Sənaye ili çərçivəsində Azərbaycan üçün neft-qaz sənayesinin inkişaf etdirilməsi əsas prioritetlərdən olacaq.

muxtar babayevARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev İTV-ə açıqlamasında  bildirib ki, son illərdə yaradılan güclü sənaye potensialı bu sahənin inkişafını şərtləndirən amillər sırasındadır. Görülən işlərin tərkib hissəsi kimi Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodu ölkəmizin Xəzər regionunda növqelərinin güclənməsinə xidmət edir. Burda həm Azərbaycan, həm də digər xəzəryanı ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulur. Həmin rayonda planlaşdırılan neft-kimya , qaz-kimya komplekslərində müasir texnologiyalarla istehsal olunacaq məhsulların daxili və xarici bazarlara çıxarılması gözlənilir.

Muxtar Babayev bildirib ki, ilkin qiymətləndirməyə görə orda 14-15 milyard dollar sərmayə yatırılacaq. Əlbəttə ki bu çox uzunmüddətli və Azərbaycan üçün çox uzunmüddətli və strateji bir layihədir. Mən hesab edirəm ki, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan üçün çox böyük dividentlər olacaq. Qaradağ rayonunda böyük sosial obyektlərin, infrastrukturun yaradılması planlaşdırılır ki, bu da böyük sosial layihələrin həyata keçirilməsinə təkan olacaq.

Millət vəkili bildirib ki, müxtəlif kimya məhsullarının istehsalı ilə məşğul olan Sumqayıt Kimya Sənayesi Parkının yaradılmasında məqsəd fərdi kiçik və orta biznesin inkişafı üçün cəlbedici şəraitin ytün bunlar ölkədə iqtisadi potensialın şaxələndirilməsinə gətirib çıxardacaq. İxrac yönümlü məhsul istehsalı üçün nəzərdə tutulan bu müəssisələr həm də yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olacaq.

İri enerji layihələrindən olan Şahdəniz -2, Tanap və Tap layihələrinin reallaşdırılması isə ölkə iqtisadiyyatının inkişafına uzun illər tövhə verəcək.

Böyük sərmayələr istər-istəməz xidmət sahəsini də inkişaf etdirəcək. O da təbii ki, yenidən əlavə iş yerləri, yeni sosial obyektlərin yaradılmasına, sərmayə qoyulan ərazilərin inkişaf etməsinə gətirib çıxardacaq.

Ölkədə kənd təsərrüfatının inkişafı üçün artıq Korbamit zavodunun tikintisinə başlanılıb. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində inşa olunan zavod kənd təsərrüfatını tam olaraq yüksək keyfiyyətli gübrə ilə təmin edəcək. Xam mal kimi təbii qazdan istifadə olunacaq, bu isə qaz-kimya sənayesinin inkişafına əlavə imkan yaradır. İstifadəyə verilən Metanol zavodunun məhsulları da eyni zamanda digər kimyəvi məhsullar üçün böyük xam mal bazasıdır.

Bütün bu müəssisələrdə ekoloji təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Demək olar ki, Sumqayıtda insan sağlamlığına zərər vuran istehsal müəssisələri artıq dayandırılıb. Sumqayıt Kimya Sənayesi Parkı üçün 167 hektar artıq təhvil verilib. Burada yaradılan müəssisələr təbiətə dost texnologiyalar əsasında qurulub.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın