Menu
Geri İrəli

Muxtar Babayev Sumqayıtda seçicilərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 626 dəfə • Şərh yoxdur

Milli Məclisin deputatı Muxtar Babayevin seçicilərlə növbəti görüşü keçirilmişdir

Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat se­çilmiş Muxtar Babayevin 3, 10 və 16 iyul tarixlərində şəhərin 9-cu, 10-cu və 13-cü mikrorayonları ərazisində yaşayan seçicilərlə görüşü keçirilmişdir.

Səmimi və xoş münasibət şəraitində keçən görüşdə millət vəkili son illərdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri haqqında məlumat vermişdir.

Sakinlər Sumqayıt şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıya,  eyni zamanda şəhər sakinlərinin rifah halının yaxşılaşdırması istiqamətində qəbul etdiyi qərarlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Görüş zamanı seçicilər millət vəkilinə yaşadıqları ərazidə mövcuc olan bir sıra problemlər haqqında məlumat vermiş və bu məsələlələrin həllində bu ərazidən seçilmiş bir millət vəkili kimi ondan dəstək olmağı xahiş etmişlər.

Milli Məclisin deputatı Muxtar Babayev sakinlərin qaldırdıqları məsələlərlə başlı fikirlərini bildirmiş, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısında qaldıracağına və müsbət həll olunması üçün mövcud imkanlardan maksimum səviyyədə istifadə edəcəyinə söz vermişdir.

babayev-3 babayev35

Facebook Şərhləndirmə:

Şərhinizi yazın