Menu
Geri İrəli

Muxtar Babayev veteranlarla göruşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur
Share Button

muxtar babayevMilli Məclisin deputatı Muxtar Babayevin Pespublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Sumqayıt şəhər şöbəsinin üzvləri ilə görüşü keçirilmişdir

 Avqustun 27-də Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat se­çilmiş Muxtar Babayevin Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Sumqayıt şəhər şöbəsinin üzvləri ilə görüşü keçirilmişdir.

 Səmimi və xoş münasibət şəraitində keçən görüşdə millət vəkili dövlət başçısı tərəfindən respublikamızda, o cümlədən qurucusu olduqları Sumqayıt şəhərində veteranlara göstərilən diqqət və qayğıdan danışmış, bunun təməlində  Ulu öndər Heydər Əliyevin “Azərbaycanın bütün citimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdırlar. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün prolblemlərini həll etmək bizim dövlətin, hər bir dövlət orqanının və hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur” – sözlərinin dayandığını diqqətə çəkmişdir.

Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Şurasının Sumqayıt şəhər şöbəsinin sədri, “Xalqlar dostluğu” ordenli, respublikanın Əməkdar müəllimi Leyla Qasımzadə bildirmişdir ki, şöbə öz ətrafında müharibə, əmək, silahli qüvvələr, hüquq-mühafizə orqanları, arxa cəbhə veteranları, həmçinin müharibə veteranlarının dul qadınları və Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərin müharibə və əmək veteranları  olmaqla 6000-dən çox insanı birləşdirir.

Veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edən Leyla xanım veteranlar adından millət vəkilinə onların ictimai nəqliyyatdan istifadə edərkən  gediş haqqı ödəməmələri və dünyasını dəyişən veteranların dəfn və yas mərasimlərinin yola verilməsi üçün aidiyyatı qurumlar tərəfindən dəstək göstərilməsində yardımçı olmaq xahişi ilə müraciət etmişdir.

Milli Məclisin deputatı Muxtar Babayev veteranların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirmiş, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısında qaldıracağına və müsbət həll olunması üçün onlarla müzakirələr aparacağına söz vermişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın