Menu
Geri İrəli

Nardaran polisi Sumqayıtın keçmiş rəis müavininə həvalə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 1,309 dəfə • Şərh yoxdur
Share Button

dinnn (1)Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina istifadəyə verilib.

APA-nın məlumatına görə, Sabunçu rayon İcra Hakimiyyəti rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə 42-ci Polis Bölməsinin açılışı olub.

Bildirilib ki, polis bölməsinin şəxsi heyəti formalaşıb və bölmənin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.

Qeyd edək ki, polis polkovniki Azər Cahangirov  Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.  2013-cü ilin noyabrında Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş etmişdi. General-polkovnik Ramil Usubovun əmri ilə öz raportu ilə işdən çıxan Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini polkovnik Azər Cahangirov Baş Cinayət Axtarış İdarəsinə təyinat almışdı.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın