Menu
Geri İrəli

Nazir Sumqayıtda vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

79943
Gənclər və idman naziri Azad Rəhimov Sumqatyıt şəhəri Tarix muzeyində vətəndaşları qəbul edib.
Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib. 30-ə dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük qismi idman sahəsi ilə bağlı olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri müraciətlər sırasında olub.
Gənclər sahəsi üzrə edilən müraciətlər əsasən Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı,gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələri ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın