Menu
Geri İrəli

Nazirlik Sumqayıtda ağackəsənlərlə bağlı polisə müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 637 dəfə • 2 şərh

83297Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda ağackəsənlərlə sakinlər arasında yaranan davaya münasibət bildirib.

 Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Sumqayıt şəhəri, 14-cü məhəllə, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı ərazidə müxtəlif cinsli yaş köküstə ağacların kəsildiyi məlum olub.

Təqsirkarı müəyyən etmək üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.

Facebook Şərhləndirmə:

“Nazirlik Sumqayıtda ağackəsənlərlə bağlı polisə müraciət etdi” yazısına 2 cavab

  1. Ramazan deyir:

    Guya bilinmir ki, o ağacları kim və nə məqsədlə kəsdirib? Hansı bir adi sumqayıtlı cəsarət edib, camaatın gözü qarşısında bu qədər ağac kəsə bilər? Sifarişçi, “xozeyin” məlumdur. Onu axtarmağa ehtiyac yoxdur ki. Oğul istəyir onu məsuliyyətə cəlb eləsin. Yoxsa, belə gedərsə, hələ çox məhəllə və mikrorayonlarda “uşaq baxçası” tikmək adı ilə camaatın başını uşaq başı aldadan kimi aldadaraq, çox ağaclar kəsiləcək. Bəs, görəsən, hər bir ağaca cavabdeh olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları hara baxırlar? Ancaq yazıqlar neyləsin? O boyda səlahiyyət sahibləri ilə necə bacarsınlar? Polis həmin adamı “tapıb”, onu məsuliyyətə cəlb etsə və onun kim olduğunu cəmiyyətə çatdırsa, xalq ona ömür boyu minnətdar olar.

  2. Anar deyir:

    Bu özbaşnalığa son qoyulacaq…

Şərhinizi yazın