Menu
Geri İrəli

“Növbəti zəlzələ gözlənilir” – Qurban Yetirmişli

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 595 dəfə • Şərh yoxdur

“Bu gün günorta saatlarında Şamaxıda baş verən zəlzələdən sonra azı 15 afterşok qeydə alınıb. Bundan sonra da yenidən təkanların olmasını gözləyirik”.

qurban2
Bu barədə AzVision.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələ Rixter şkalası ilə 4,5 balla qeydə alınıb: “ Yəni orta güclü hesab olunur. Amma dağıntıların olması gözlənilmir. Zəlzələ ocağına ən yaxın kənd Dəmirçi kəndindən yuxarı Zarat Xeybəridir. Həmin kənd qayalıq üzərində olduğundan heç bir dağıntı olmayıb. Təbii ki, evlər normal tikilibsə dağıntı olmamalıdır”.

Q.Yetirmişli yaxın saatlarda yenidən zəlzələnin gözlənilən olduğunu deyib:

“Hiss olunacaq təkanlar ola bilər. Zəlzələ və ondan sonra baş verən təkanların dərinliyinə əsasən səthi zəlzələdir. Azərbaycan texnogen zonada yerləşir. Cari ilin yanvarından bu günə kimi minlərlə təkan olub. Allah uzaq eləsin görmüsünüz ki, haradasa dağıntı olsun? Ona görə də orada hər zaman belə zəlzələlər gözləniləndir. Elə gün olmur ki, orada təkanlar baş verməsin”.

Q.Yetirmişli zəlzələnin hansısa silah təcrübələrinin keçirilməsi nəticəsində baş verdiyinə də münasibət bildirib: “Belə bir şey ola bilməz, zəlzələ təbii prosesdir. Heç kimi panikaya salmağa ehtiyac yoxdur. Zəlzələni də qabaqcadan proqnozlaşdırmaq mümkünsüzdür. Tək bizdə yox, bütün danyada hələ bu problem uzun illər həll olunmamaış qalacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın