Menu
Geri İrəli

Novxanı-Sumqayıt dəniz kənarı yolu bu gün – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2016 • Baxış sayı: 8,736 dəfə • 3 şərh

Son bir neçə ayda Sumqayıt şəhərində başlanılan genişmiqyaslı abadlıq-qurucluq işləri uğurla davam etdirilir. Şəhərdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən iclasların birində qısa müddət ərzində şəhərin giriş yollarının təmir olunacağını və yeni görkəm alacağını qeyd etmişdi.

Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun ətrafında qanunsuz hasarlamaların aparılması, eləcə də illərdən bəri şəhərin əsas giriş yollarından biri olan Sahil küçəsinin baxımsız olması burada əsaslı işlərin görülməsi zərurətini yaratmışdı. Son bir neçə ayda şəhərdə həyata keçirilən önəmli layihələrdən biri də məhz Sumqayıtın üçüncü girişi hesab olunan Sahil küçəsinin yenidən qurulması ilə bağlı oldu.

Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsi və abadlaşdırılması prosesi hazırda uğurla davam etdirilir. Yol boyu qanunsuz çəkilmiş hasarlar sökülərək yolun genişləndirilməsi işlərinə başlanılıb. Yolun qədim yaşayış məskənlərindən sayılan Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti məqsədilə də işlər həyata keçirilib. Yolun kənarlarında parklar salınıb, yaşıllaşdırma işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sumqayitxeber.com Sahil küçəsindən hazırlanmış fotoreportajı təqdim edir:

Foto: Xəqani Əzizov

DSC_0009

DSC_0010


DSC_0007 (1) DSC_0008

DSC_0012 (1) DSC_0013 DSC_0015 DSC_0016 (1) DSC_0026 DSC_0036 DSC_0038 (1) DSC_0039 DSC_0040 DSC_0041 DSC_0048 DSC_0054 DSC_0055 DSC_0060 DSC_0061 DSC_0063 DSC_0065 DSC_0066 DSC_0068 DSC_0069 DSC_0070 DSC_0075

DSC_0001

 

 

 

Facebook Şərhləndirmə:

“Novxanı-Sumqayıt dəniz kənarı yolu bu gün – FOTOLAR” yazısına 3 cavab

  1. Perviz deyir:

    Eşq olsun!
    Son günlər sumqayitxeber.com da şəhərimizlə bağlı maraqlı fotolara rast gəlirəm! Həqiqətən sevindirici haldır. Şəhərimizi belə gözəlləşən görmək çox xoşdur.
    Allah Zakir müəllimin canını sağ eləsin! Axır ki, dediyini etdi!
    Bu küçənin abadlaşmasına çox böyük ehtiyac var idi.
    Təşəkkürlər!

  2. Rena Tahirova deyir:

    Super! Hər gün bir yeniliklə tanış oluruq. Bakıdan da gözəl olacaq belə getsə :)

  3. Qumru Əliyeva deyir:

    Sumqayıtı sevmək lazımdır. Bakıda işləsəm də saytınız vasitəsilə şəhərdə gedən işlərdən agah oluruq. Çox böyük işlər görülür. Buna görə əməyi keçən hər kəsə təşəkkür edirik!
    Amma məncə vətəndaşlarımız da bu işlərə öz təmizlikləri ilə, yerə zibil atmamaqları ilə dəstək olmalıdırlar. Hər birimiz çalışmalıyıq ki, şəhərimiz təmiz olsun, abad olsun. Xarici qonaq gələndə də fəxrlə gətirək göstərək şəhərimizi…

Şərhinizi yazın