Menu
Geri İrəli

Novxanı-Sumqayıt yolunu zəbt edən hasarlar sökülür – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2015 • Baxış sayı: 900 dəfə • Şərh yoxdur
Share Button
Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra şəhər ərazisində yolların genişləndirilməsi prosesinə başlanılıb.
Yeni başçı ilk olaraq Sumqayıtın girişini – Sülh küçəsini abadlaşdırmağa qərar verib. Hazırda həmin yolda 4 zolaqlı şosenin çəkilişi davam edir.
Ötən həftədən isə Novxanı-Sumqayıt yolunu zəbt edən hasarların sökülməsinə start verilib. Xüsusi ilə Corat qəsəbəsi ərazisində dənizin kənarında yerləşən restoranların sahiblərinin yolboyu çəkdirdikləri hasarlar sökülür. Hansı ki, həmin hasarlar yolu zəbt etmişdi və bu səbəbdən Novxanı-Sumqayıt yolunda iki maşın yanaşı gedə bilmirdi. Bu üzdən tez-tez həmin yolda ağır qəzalar baş verirdi.
Ərazidə müşahidə aparan əməkdaşımız yolu zəbt edən hasarların söküldüyünün şahidi olub. Restoran sahiblərinə hasarı azı 3 metr geri çəkmək göstərişi verilib. Hasarlar geri çəkildikdən sonra həmin yolun genişləndirilməsinə başlanılacaq.
M.MAHRIZLI, musavat.com
Fotolar müəllifindir
12310548_10201430936570944_3528782470796582251_n 12308023_10201430935810925_1624979015242204813_o 12308094_10201430936090932_179885588404045588_o 12309841_10201430936050931_5705575717458353251_o
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın