Menu
Geri İrəli

Prezident Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 13 Yanvar 2015 • Baxış sayı: 638 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə gəlib.

Ilham_Aliyev_050110

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

Dövlət başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izlədi, hazır məhsullara baxıb. Azərbaycan prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik edib. Sonda xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb. Daha sonra dövlət başçısı beton məmulatı zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev zavodu işə salıb. Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın