Menu
Geri İrəli

Prezidentin qızları ərəb şahzadəsi ilə

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 1,782 dəfə • Şərh yoxdur

leyla-arzuAzərbaycan respublikasının prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva ötən gün Ərəb şəhzadəsi ilə bir araya gəliblər. ANS PRESS-in məlumatına görə, ötən gün “Nargiz” jurnalının baş redaktoru, Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova Heydər Əliyev Mərkəzində yeni istifadəyə verdiyi “buro247.az” saytının təqdimat mərasimi keçirib. Tədbirdə dünyanın bir neçə ölkəsindən olan məşhur simalar iştirak ediblər.

İştirak edən məşhurların sırasında anası azərbaycanlı olan İtalyan modeli Bianka Balti, Rusiyanın məşhur teleaparıcısı, jurnalisti Kseniya Sobçak, Səudiyyə Ərəbistan şahzadəsi Ameerah Al-Taweel, dəb məsləhətçisi Miroslava Duma və digərləri olublar. Bundan əlavə olaraq Ülviyyə xanımın istifadəyə verdiyi yeni saytın açılışında prezidentin ailəsi də iştirak edib.

Qeyd edək ki, Ərəb şəhzadəsi maraqlı keçən gün barəsində şəxsi İnstaqram səhifəsində məlumatlar paylaşıb. Ürək sözlərini bildirən Ameerah Al-Taweel: “Bakı, Azərbaycan…odlar yurdu! Möhtəşəm işıqlar və inkişaf edən iqtisadiyyat. Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi. Buro247.az təbrik edirəm və hər şeyin ən yaxşısını arzulayıram”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın