Menu
Geri İrəli

Qarabağ müharibəsi veteranı ilə bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2014 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

Bəzi kütləvi-informasiya vasitələrində Sumqayıt şəhər sakini Qarabağ müharibəsi veteranı Ağaməmmədov Mübariz İdris oğlunun 1994-cü ildə Qarabağ Veteranları Birliyinə verilən torpaq sahəsinin onun adına sənədləşdirə bilməməsi ilə bağlı xəbərlərə Sumqayıt Bələdiyyəsindən münasibət bildirilib və bu məlumatın həqiqətə uyğun olmadığı qeyd olunub. Sumqayıt Bələdiyyəsindən sumqayitxeber.com-a bildirilib ki, həmin ərazidən yüksək təzyiqli magistral qaz xətti keçdiyindən orada hər hansı bir obyektin tikintisindən söhbət gedə bilməz. Qeyd edək ki, əldə olunan məlumata görə Ağaməmmədov Mübariz Idris oğlu gizli şəkildə qeyri-qanuni fəaliyyət sayılan qumarxana işlətdiyinə görə 2008-ci ildə 244-1.1 maddəsi ilə həbs olunub.

sumqayit_0001

Facebook Şərhləndirmə:

Şərhinizi yazın